Hadisə yerinə FHN əməkdaşları cəlb olunub
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda 4 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.