Gəncədə sirkə turşusu içən qadın xəstəxanada ölüb

Hadisə

09.08.2024 - 00:56

Həkimlər Klinikalar SEO Xidməti

Həkimlərin səyinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb

Gəncədə zəhərlənmə hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Belə ki, 1953-cu il təvəllüdlü Mahirə Hümbətova yaşadığı evdə sirkə turşusu içərək zəhərlənib.

Yaşlı qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq M.Hümbətovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş