Gəncədə sərnişin avtobusu yanıb

Xəbərlər

29.01.2024 - 10:33

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb

Gəncə şəhərində “İsuzu” markalı sərnişin avtobusunun yanar hissələri yanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 50 m² olan lambirdən ibarət talvar 8 m² sahədə əriyib.

Talvarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş