Gəncədə qanunsuz tikili sökülüb

Xəbərlər

26.09.2024 - 17:31

Fövqəladə Hallar Nazirliyi məlumat yayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən AYNA-ya bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Nəriman Nərimanov prospektində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş