Onun vəziyyətinin normal olduğu bildirilir
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.
1986-cı il təvəllüdlü A. İbrahimova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin normal olduğu bildirilir. İlkin məlumatına görə, 35 yaşlı qadın yaşadığı evdə sirkə turşusundan zəhərlənib. A. İbrahimovanın hansı səbəbdən sirkə turşusu içərək zəhərlənməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.