Axtarış zamanı onun yaşadığı evdə 10 qrama yaxın heroin, 3 qram metamfetamin və 1 elektron tərəzi aşkarlanıb
Gəncə şəhəri, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs - əvvəllər məhkum olunmuş H.Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, axtarış zamanı ondan heroin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə də baxış keçirilib. Baxış zamanı oradan 10 qrama yaxın heroin, 3 qram metamfetamin və 1 elektron tərəzi götürülüb. Faktla bağlı araşdırma aparılır.