Gəncədə iki nəfəri ildırım vurub

Hadisə

28.07.2021 - 04:47

Həkimlər Klinikalar SEO Xidməti

İldırım vuran şəxslər xəstəxanaya yerləşdiriliblər

 

Gəncə şəhərində 2 nəfəri ildırım vurub. AYNA “Report”a istinadən xəbər verir ki, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

 

Gəncə şəhər sakini, 1973-cü il təvəllüdlü Səlimov Aydın Ələkbər oğlunu ildırım vurub. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

 

Daha bir hadisə isə Cavad Xan küçəsində baş verib, 1985-ci il təvəllüdlü Kərimov Sərxan İsmixan oğlunu ildırım vurub və adıçəkilən şəxs komaya düşüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş