Qəza nəticəsində ata və oğlu xəsarət alıb
Gəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Totanlı küçəsində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Nazim Hüseynov və onun oğlu, 2006-cı il təvəllüdlü Göyüş Hüseynov xəsarət alıblar.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.