Gəncədə gənci öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Hadisə

22.12.2024 - 21:32

Həkimlər Klinikalar SEO Xidməti

Xəstəxanaya çatdırılan şəxsin dünyasını dəyişdiyi məlum olub

Gəncədə bıçaq xəsarəti alan gənc ölüb. AYNA-nın məlumatına görə, hadisə Bağbanlar ərazisində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Huseynov Məhəbbət Ələddin oğlu bir neçə bıçaq xəsarəti alıb.

O, xəstəxanaya çatdırılsa da, müayinə zamanı onun dünyasını dəyişdiyi məlum olub.

Bir neçə bıçaq yarası alan şəxsin qətlə yetirildiyi bildirilir.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Sənan Şəfiyev saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş