Gəncədə ər arvadını bıçaqlayıb

Xəbərlər

19.11.2025 - 22:17

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. AYNA.AZ APA-ya istinadən bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 1993-cü il təvəllüdlü B. Seyidova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə qadın əri tərəfindən bıçaqlanıb. Əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş