Gəncədə Cihazqayırma zavodunda yanğın olub

Xəbərlər

23.11.2023 - 19:58

Nazirlik Gəncədəki yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Gəncə Cihazqayırma Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

AYNA xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yağ çəlləklərində baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş