Gəncə şəhərində azyaşlı bədbəxt hadisə nəticəsində xəsarət alıb.
AYNA.AZ "Report"a istinadən məlumatına görə, şəhər sakini, 2013-cü il təvəllüdlü M.H-nin üzərinə daş hasar aşıb.
Azyaşlı ayaq nahiyəsi və baldırın sınığı diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Ona lazımı tibbi yardım göstərilib. Vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.