Gəncədə 25 yaşlı qadın dəm qazından zəhərlənib 

Hadisə

14.03.2024 - 04:07

Xəstəxanaya çatdırılan qadının vəziyyəti orta-ağır qiymətləndirilir

Gəncə şəhərində zəhərlənmə faktı qeydə alınıb. AYNA-nın "Report"a istinadən məlumatına görə, şəhər sakini, 1999-cu il təvəllüdlü R.Musayeva yaşadı evdə dəm qazından zəhərlənib.

O, xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az