Gəncədə 25 yaşlı gənc qətlə yetirilib

Xəbərlər

03.02.2026 - 11:59

Hadisə ilə bağlı cinayət işi başlanıb: bir nəfər şübhəli saxlanılıb

Fevralın 3-də 2001-ci il təvəllüdlü Röyal Məmmədovun xəsarətlər alması, yerləşdirildiyi xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi barədə Gəncə Şəhər Prokurorluğuna məlumat daxil olub. AYNA.AZ xəbər verir ki, bu barədə Gəncə Şəhər Prokurorluğundan bildirilib.

İlkin araşdırmalarla cinayətin 1988-ci il təvəllüdlü Murad Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Hacıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş