Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə növbəti müraciəti yayılıb
“Qarabağı uzun illər işğal altında saxlayan hərbi xuntanın sonu gəldi”. AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə növbəti müraciətində qeyd edilib.
“Müharibə, yoxsulluq, qorxu və qaranlıq epoxası arxada qalır. Bununla da Qarabağda sülhün və təhlükəsizliyin, azərbaycanlıların və ermənilərin birgəyaşayışının təmin edilməsi yolundakı maneələr aradan qaldırılır. Dinc həyata qayıtmağın vaxtı çatdı! Sülhü seçin və gəlin birlikdə Qarabağa əvvəlki şöhrətini qaytaraq!” - deyə müraciətdə qeyd olunur.