Gələn il üçün yaşayış minimumu təsdiqlənib

İqtisadiyyat

05.12.2023 - 12:34

Həkimlər Klinikalar SEO Xidməti

Yaşayış minimumu ölkə üzrə 270 manat müəyyən olunub

Milli Məclisin bu gün keçirilən iclasında “2024-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

AYNA xəbər verir ki, layihədə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əməkqabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunub.

Müəllif: Ayna.az