Azərbaycan neftinin qiyməti bahalaşıb

İqtisadiyyat

03.02.2021 - 10:46

Həkimlər Klinikalar SEO Xidməti

“Azeri Light”ın bir barrelinin qiyməti 1,8 dollar artaraq 58,48 dollar təşkil edib

 

Dünya birjalarında neftin qiyməti bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,23 dollar artaraq 57,69 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,19 dollar bahalaşaraq 54,95 dollar olub.

 

Azərbaycan neftinin qiyməti də bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,8 dollar artaraq 58,48 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

 

 

Müəllif: Ayna.az