Gədəbəydə piyadanı avtomobil vuraraq öldürüb

Hadisə

22.03.2024 - 01:31

Piyada xəstəxanaya aparılan zaman dünyasını dəyişib

Gədəbəydə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. AYNA-nın "Report"a istinadən məlumatına görə, rayonun Kiçik Qaramurad kənd ərazisində avtomobil 2011-ci il təvəllüdlü Nağıyev Elmir Azər oğlunu vurub.

Nəticədə piyada ağır xəsarət alıb və xəstəxanaya aparılan zaman dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az