G7 Baydenin Qəzza ilə bağlı təkliflərini dəstəkləyib

Dünya

04.06.2024 - 10:57

Həkimlər Klinikalar SEO Xidməti

“Biz HƏMAS-ı bu təklifləri qəbul etməyə və bu hərəkata təsiri olan ölkələri kömək etməyə çağırırıq”

“Yeddilik ölkələri” (G7) ABŞ Prezidenti Co Baydenin Qəzza zolağında nizamlanmaya dair təkliflərini dəstəkləyib. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

“G7 Prezident Baydenin Qəzzada dərhal atəşkəsə, bütün əsir və girovların azad edilməsinə, humanitar yardımların həcminin əhəmiyyətli dərəcədə artırılmasına və həm İsrailin, həm də mülki əhalinin təhlükəsizliyini təmin etməklə böhranın həllinə gətirib çıxara biləcək təkliflərini tam dəstəkləyir”, – hazırda G7-yə sədrlik edən İtaliyanın bəyanatında deyilir.

Sənəddə qeyd edilir: “Biz HƏMAS-ı bu təklifləri qəbul etməyə və bu hərəkata təsiri olan ölkələri kömək etməyə çağırırıq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş