Füzulidə evdə partlayış olub

Hadisə

09.11.2022 - 11:48

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb

Füzuli rayonunun Arayatlı kəndində evdə partlayış olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, ümumi sahəsi 208 kvadratmetr olan ikimərtəbəli səkkizotaqlı evin 1-ci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib. Partlayış dalğasının təsirindən otaqların pəncərə çərçivələri dağılıb. Yanğın nəticəsində evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 53 kvadratmetr olan talvar yanıb. Hadisə zamanı iki nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş