Füzulidə ev yanıb

Hadisə

06.08.2025 - 09:54

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb

Füzulidə 6 otaqlı ev yanıb. AYNA.AZ xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonunun Aşağı Kürdmahmudlu kəndində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 6 otaqlı evin taxta atmaları 40 m² sahədə və evə bitişik ümumi sahəsi 20 m² olan mətbəxin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş