3D qrafik təsvirli filmlər, infoqrafikalar və digər foto və video materiallar nümayiş etdirilir
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə bağlı virtual təbliğat aksiyasına başlayıb.
Nazirliyin Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, aksiyaya dəstək olmaq üçün Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İctimai Birlik tərəfindən hazırlanmış və birliyin rəsmi portalında, “YouTube” kanalında və rəsmi “Facebook” səhifəsində Füzuli, Cəbrayıl rayonlarının işğalının acı nəticələri ilə bağlı məlumatlar paylaşılır.
3D qrafik təsvirli filmlər, infoqrafikalar və digər foto və video materiallar nümayiş etdirilir. Həmin təbliğat materiallarını verilmiş səhifələrə daxil olaraq müvafiq həştəqlərdən istifadə etməklə sosial şəbəkələrdə fəal şəkildə paylaşmaq mümkündür.