Jan-Noel Barro Avropa ölkələrini Rusiya ilə dialoqa çağırıb
“Avropa ölkələri öz maraqlarını müdafiə etmək üçün Rusiya ilə birbaşa danışa bilməlidirlər”. AYNA.AZ xəbər verir ki, bu sözləri Fransanın xarici işlər naziri Jan-Noel Barro “Libération” qəzetinə verdiyi müsahibədə deyib.
Diplomat məsuliyyətin başqasına ötürülməməsinə çağıraraq bildirib ki, "hazırda Ukraynanın maliyyə və hərbi cəhətdən əsas dəstəkçiləri olan avropalılar öz maraqlarını müdafiə etmək üçün bir ünsiyyət kanalına sahib olmalıdırlar".
O həmçinin Fransa Prezidenti Emmanuel Makronun Rusiya ilə dialoqun bərpası ilə bağlı fikirlərinə münasibət bildirərək bildirib ki, Paris heç vaxt belə bir ehtimalı istisna etməyib.
Eyni zamanda, nazir belə bir dialoqun yalnız Ukrayna və onun Avropa tərəfdaşları üçün faydalı və şəffaf olduğu təqdirdə mümkün olduğunu vurğulayıb.