“Biz Putinə təzyiqi artırmalıyıq ki, onu Ukrayna üzrə danışıqlar masası arxasına oturmağa məcbur edək”
“Qərb ölkələri Rusiya Prezidenti Vladimir Putinə təzyiqləri artırmalıdır”. AYNA.AZ “Reuters”ə istinadən bildirir ki, bu sözləri Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.
“Biz Putinə təzyiqi artırmalıyıq ki, onu Ukrayna üzrə danışıqlar masası arxasına oturmağa məcbur edək”, - XİN rəhbəri vurğulayıb.
Bundan əvvəl Fransanın keçmiş Prezidenti Fransua Olland Putinlə razılaşmanın mümkün olduğunu, lakin bunun üçün hansısa təsir rıçaqlarının lazım olduğunu bildirmişdi.