Fransada seçkilər iğtişaşlarla başa çatıb

Dünya

08.07.2024 - 09:55

Həkimlər Klinikalar SEO Xidməti

Təhlükəsizlik qüvvələri nümayişçiləri gözyaşardıcı qazdan istifadə edərək dağıdıblar

Dünən Fransanın bütün ərazisində Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkilərin ikinci turu keçirilib. AYNA xarici mediaya istinadən xəbər verir ki, ən son bağlananlar Paris və digər şəhərlərdəki seçki məntəqələri olub.

Seçkilər Fransa üçün rekord sayda seçici fəallığı şəraitində keçib.

Növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinə yekun vurulduqdan sonra mümkün iğtişaşların yatırılması üçün Milli Assambleyanın (parlamentin aşağı palatası) binasına gücləndirilmiş polis və jandarm dəstələri yerləşdirilib.

Bundan əvvəl radikal qrupların nümayəndələri sosial şəbəkələrdə Milli Assambleya binası yaxınlığında aksiya keçirmək çağırışı yayıblar. Buna cavab olaraq polis prefekturası parlament binası qarşısında kütləvi aksiyaların keçirilməsini qadağan edib. Təhlükəsizliyi Parisdə 5 min, bölgələrdə isə 30 minə yaxın hüquq-mühafizə orqanları təmin edib.

Qeyd edək ki, Fransada keçirilən seçkilərdə solçu partiyaların koalisiyası qalib gəlib. Bu barədə Fransa mətbuatı seçki məntəqələrinin ilk məlumatlarına istinadən məlumat yayıb. Prezident Emmanuel Makronun koalisiyası ikinci yerdədir və 150-175 mandat qazana bilər. Müxalif Milli Birlik Partiyası üçüncü yeri tutur.

Bildirilir ki, Fransadakı partiya koalisiyalarından heç biri seçkilərin ilkin nəticələrinə görə parlamentdə mütləq çoxluğa malik deyil.

Məlumatlara görə, Fransada etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma olub. Təhlükəsizlik qüvvələri nümayişçiləri gözyaşardıcı qazdan istifadə edərək dağıdıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş