Fransada koronavirusdan ölənlərin sayı artıb

Dünya

22.12.2020 - 06:25

Koronavirus can almağa davam edir 

 

Fransada koronavirusa yoluxma və ölüm sayında yenidən artım qeydə alınıb.

 

AYNA xəbər verir ki, son sutka ərzində 354 nəfər bu virusun qurbanı olub. Son gün virusa 5,797 nəfər yoluxmaqla, ümumilikdə bu virusa yoluxmuş şəxslərin sayı 2,479,151 nəfərə çatıb.

 

Fransada indiyədək 60,900 nəfər koronavirusdan həyatını itirib. Sağalan xəstələrin sayı 184,464 nəfər təşkil edir.

 

Ölkədə COVİD-19 testlərinin pozitiv çıxma faizi 4,7-yə enib. 

Müəllif: Ayna.az