Fransa İsrail şirkətini seçkilərə müdaxilədə ittiham edir

Dünya

27.05.2026 - 15:18

İsrail şirkəti Fransadakı bələdiyyə seçkilərinə müdaxilə edib

Fransada İsrail şirkəti bələdiyyə seçkilərinə müdaxilə etməkdə ittiham olunur. AYNA.AZ xəbər verir ki, BFM TV-nin məlumatına görə, Paris Prokurorluğu araşdırmaya başlayıb.

Telekanalın məlumatına görə, müdaxilənin məqsədi "France Insoumise" Partiyasının solçu namizədləri Sebastyan Deloqu, Fransua Pikemal və David Guiraudun nüfuzdan salınması olub.

Naməlum şəxslərin namizədlərin törətdiyi iddia edilən cinayətlər barədə məlumat yaymaq üçün veb saytlar və sosial media hesabları yaratdıqları bildirilir. Prokurorluq İsrailin “BlackCore” şirkətinin böhtan kampaniyasında iştirak etdiyinə inanır. Hadisəni araşdırmaq Milli Kiberbölməyə həvalə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş