“Bu qərar Ukraynadakı münaqişənin sülh yolu ilə həllini gecikdirəcək”
Fransa hökuməti ABŞ-dan Kiyevə hərbi yardımın dayandırılmasına qarşıdır. AYNA xəbər verir ki, bu barədə ölkənin Avropa məsələləri üzrə naziri Benjamin Haddad “France 2” televiziyasına bildirib.
Nazir bildirib ki, bu qərar “Ukraynadakı münaqişənin sülh yolu ilə həllini gecikdirəcək”.
“Əgər biz sülh istəyiriksə, Ukraynaya silah tədarükünün dayandırılması qərarı sülhü möhkəmləndirəcək, yoxsa onu gecikdirəcək? Bu, sülhü gecikdirəcək. Çünki bu qərar yalnız təcavüzkarın mövqeyini gücləndirəcək”, - deyə Haddad qeyd edib.