“Bu, sülh danışıqlarına hazırlıqda böyük bir nailiyyət və sülh prosesində ilk real addım olardı”
ABŞ və Ukrayna prezidentləri arasında bazar günü keçirilən danışıqlar Ukrayna lideri Volodimir Zelenski və Rusiya lideri Vladimir Putinin beş ildən sonra ilk dəfə bir-birinə zəng etməsinə səbəb ola bilər. AYNA.AZ xəbər verir ki, bu barədə “Fox News” məsələ ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.
İndiyə qədər Rusiya Prezidenti vaxtaşırı birbaşa söhbətdən çəkinməyəcəyini bildirib, lakin belə bir zəng və ya görüş üçün konkret mövzu olmadığını deyib. “Fox”un məlumatlı mənbəsi hesab edir ki, Zelenski və Putinin indi müzakirə edəcəkləri mövzu var
Mənbə vurğulayıb ki, "əgər Putin söhbətə qoşulsaydı, bu, sülh danışıqlarına hazırlıqda böyük bir nailiyyət və sülh prosesində ilk real addım olardı" və əlavə edib ki, "bu, Prezident Tramp üçün diplomatik qələbə olardı".
Qeyd edək ki, dünən Zelenski ilə danışıqlardan əvvəl Tramp Putinə zəng edib.