“Fox News”: İran yaxın 24 saat ərzində İsraili vura bilər

Dünya

13.08.2024 - 11:58

Həkimlər Klinikalar SEO Xidməti

Qərb ölkələri İran və müttəfiqlərini Yaxın Şərqdə daha da gərginliyə səbəb ola biləcək hücumdan çəkinməyə çağırıb

İran ordusu keçən ayın sonunda Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə qisas almaq üçün yaxın 24 saat ərzində İsrailə hücum edə bilər. AYNA xəbər verir ki, məsələ ilə bağlı məlumatı olan bir çox mənbə “Fox News”a bildirib.

Qeyd olunub ki, Qərb ölkələri İran və müttəfiqlərini Yaxın Şərqdə daha da gərginliyə səbəb ola biləcək hücumdan çəkinməyə çağırıb. Belə bəyanatlarla Fransa, Almaniya və Böyük Britaniya çıxış edib.

“Biz regionda artan gərginlikdən dərin narahatıq və deeskalasiya və regional sabitliyə sadiqliyimizdə həmrəyik. Bu kontekstdə, xüsusən də İran və müttəfiqlərini regional gərginliyin daha da artmasına səbəb ola biləcək hücumlardan çəkinməyə çağırırıq. Bu, gərginliyi artırır və atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqlar aparmaq imkanını təhlükə altına qoyur”, - deyə Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və Böyük Britaniyanın Baş naziri Keir Starmer qeyd edib.

Yaxın Şərqdə gərginlik HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin iyulun 31-də Tehranda ölümündən sonra pik həddə çatıb. Müxtəlif mənbələrə görə, o, birbaşa raket zərbəsi və ya evində partlayıcı qurğunun işə düşməsi nəticəsində dünyasını həlak olub. İran, HƏMAS və Hizbullah hadisədə İsraili günahlandırıb və cavab verəcəklərini vəd ediblər. Təl-Əviv insidentdə iştirakını rəsmən təsdiqləməyib.

Avqustun 3-də məlum olub ki, İran Haniyənin qətlinin qisasını almaq üçün tezliklə İsrailə hücum edə bilər. Hökumətin planlarından xəbərdar olan iranlı diplomat “The Wall Street Journal”a deyib ki, cavab “sürətli və sərt olacaq”. O, həmçinin müxtəlif ölkələrin Tehranı gərginləşməməyə inandırmaq cəhdlərini “səmərəsiz” adlandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş