Fiziki məhdudiyyətli şəxslərin peyvəndlənməsi evlərində aparılır

Xəbərlər

17.02.2021 - 12:21

Vaksinasiya prosesi şəhər və regionlarda TƏBİB tərəfindən həyata keçirilməkdədir

 

"2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq fevralın 8-dən 65 yaşdan yuxarı vətəndaşlar üçün həyata keçirilən vaksinasiya prosesi çərçivəsində Respublikamızın bölgələrində “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan xəstəxanaların həkim kollektivi tərəfindən fiziki məhdudiyyətləri olan şəxslərin evlərində peyvənd edilməsi işi həyata keçirilir. AYNA xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

 

Qeyd olunub ki, vaksinasiya prosesi Abşeron, Sumqayıt şəhərləri və ölkəmizin regionlarında TƏBİB tərəfindən həyata keçirilməkdədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş