Finlandiyada Rusiyanın 5 daşınmaz əmlakı üzərinə həbs qoyulub

Dünya

29.10.2024 - 14:33

Həkimlər Klinikalar SEO Xidməti

“Finlandiya hakimiyyəti Rusiya dövlətinin aktivlərini müsadirə etmək üçün genişmiqyaslı əməliyyata başlayıb”

Ukraynanın "Naftoqaz" şirkətinin işi ilə bağlı Finlandiyada Rusiyanın 5 daşınmaz əmlakı üzərinə həbs qoyulub. AYNA xəbər verir ki, bu barədə “Helsingin Sanomat” qəzeti yazıb.

“Finlandiya hakimiyyəti Rusiya dövlətinin aktivlərini müsadirə etmək üçün genişmiqyaslı əməliyyata başlayıb”, - xəbərdə qeyd edilib.

Bildirilib ki, həbs qoyulan əmlaklardan üçü Aland adalarında, ikisi isə Helsinkidə yerləşir.

Bundan əvvəl məlum olub ki, Finlandiya hakimiyyəti Helsinkidəki Rusiya Elm Mərkəzinin torpaq sahəsini müsadirə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş