Finlandiya Rusiyadan gələn miqrantlara qarşı ciddi mübarizəyə başlayır

Dünya

13.11.2024 - 11:50

Həkimlər Klinikalar SEO Xidməti

Avropa Komissiyası Finlandiya sərhədçilərinə 16 milyon avro ayırıb

Avropa Komissiyası (AK) Rusiya ilə sərhəddə qanunsuz miqrasiya ilə mübarizədə əlavə xərcləri ödəmək üçün Finlandiya sərhədçilərinə 16 milyon avro ayırıb. AYNA xəbər verir ki, bu barədəı AK-nın saytında məlumat yerləşdirilib.

Qeyd olunub ki, təqdim olunan maliyyə vəsaiti şəxsi heyətin gediş-gəliş və yaşayış xərclərini, o cümlədən şərq sərhədində təhlükəsizliyin gücləndirilməsi üçün avadanlıqların alınması və sərhəd-keçid məntəqələrində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirlərini əhatə edəcək.

Oktyabrda Finlandiya Sərhəd Mühafizəsi Finlandiya ilə Rusiya sərhədində iki müvəqqəti keçid məntəqəsini - Parikkala və İnarini bağlayıb. Keçid məntəqəsinin bağlanmasına səbəb kimi Rusiya sərhədindən Finlandiyaya üz tutan qaçqın axınının kəskin artması göstərilir. Onların əksəriyyəti Yaxın Şərq ölkələrindəndir.

Müəllif: Ayna.az