Finlandiya Danimarka və Qrenlandiyanı dəstəkləyib

Dünya

18.01.2026 - 17:05

Aleksandr Stubb: “Biz Danimarka və Qrenlandiyanı dəstəkləyirik"

“Finlandiya Danimarka və Qrenlandiyanı dəstəkləməyə davam edəcək”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Finlandiya Prezidenti Aleksandr Stubb ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya nəzarət planları ilə razılaşmayan ölkələrə əlavə tariflər tətbiq etmək niyyətini şərh edərkən deyib.

Stubb sosial mediada yazıb: "Avropa ölkələri birdir. Ölkələr ərazi bütövlüyü və suverenlik prinsiplərini vurğulayırlar. Biz Danimarka və Qrenlandiyanı dəstəkləyirik".

O əlavə edib: "Finlandiya müttəfiqlər arasındakı məsələlərin təzyiq yolu ilə deyil, müzakirə və ortaq qaydalar yolu ilə həll olunacağını gözləyir."

Finlandiya lideri qeyd edib ki, "müttəfiqlərimizlə birlikdə Arktika təhlükəsizliyinin gücləndirilməsi Finlandiya üçün vacibdir".

Stubb əlavə edib: "Bu, həmçinin Danimarkanın rəhbərlik etdiyi və müttəfiqlərin Qrenlandiyadakı əməliyyatlarının məqsədidir".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş