Finlandiya Avropa və ABŞ-ın iştirakı ilə təlimlərə başlayır

Dünya

25.08.2025 - 10:12

Sentyabrın 12-dək davam edəcək təlimlərdə təxminən 1600 hərbçi iştirak edəcək

Avqustun 25-də Finlandiyada Avropa və ABŞ qoşunlarının iştirak etdiyi beynəlxalq xüsusi təyinatlıların təlimi başlayır. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, sentyabrın 12-dək davam edəcək təlimlərdə təxminən 1600 hərbçi iştirak edəcək.

Təlimlərdə Şimali Avropa şəraitində NATO xüsusi təyinatlılarının birgə əməliyyat imkanları yoxlanılacaq.

Qeyd olunub ki, təlimlərə Avropa ölkələri və ABŞ silahlı qüvvələrinin NH90 nəqliyyat helikopterləri, F/A-18 Hornet qırıcıları cəlb olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş