“Financial Times”: Tramp və Harris Pekin üçün "iki stəkan zəhər"dir

Dünya

27.08.2024 - 14:05

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ prezidentliyinə namizədlər üçün Çin əsas rəqibdir

ABŞ prezidentliyinə namizədlər - keçmiş Prezident Donald Tramp və hazırkı vitse-prezident Kamala Harris Çini rəqib kimi görürlər. AYNA xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzetinin məqaləsində qeyd olunub.

“Tramp və Harris Pekin üçün iki stəkan zəhərdir. Hər ikisi Çini rəqib kimi görür”, - deyə Fudan Universitetinin Beynəlxalq Araşdırmalar İnstitutunun və Amerika Araşdırmaları Mərkəzinin professoru Zhao Minghao bildirib.

Bundan əlavə, “Zhejiang” Beynəlxalq Tədqiqatlar Universitetinin xarici siyasət üzrə eksperti Uanq Çjonq vurğulayıb ki, Harris seçkidə qalib gəlsə, Çin-ABŞ münasibətlərini kimə etibar etməsi vacib olacaq. Çünki o, özü beynəlxalq münasibətlər üzrə mütəxəssis deyil.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş