Hüquq müdafiəçisinin həbs müddəti başa çatıb
İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri, həbsdə olan hüquq müdafiəçisi Fikrət Cəfərli azadlığa buraxılıb.
AYNA.AZ xəbər verir ki, bu barədə Mərkəzin rəsmi “Facebook” səhifəsində məlumat paylaşılıb.
Hüquq müdafiəçisinin həbs müddəti başa çatdığı üçün bu gün sərbəst buraxılıb.
Xatırladaq ki, F.Cəfərli bu ilin iyulunda böhtan atmaqda təqsirli bilinərək 4 ay müddətinə həbs edilmişdi.