Fiko və Trampdan sonra hədəfdəki Vuçiçdir?

Dünya

12.08.2024 - 15:34

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazir: “Ukraynadakı vəziyyətin sülh yolu ilə həllinin tərəfdarı olan hər kəsə qarşı nəsə baş verir”

Slovakiyanın Baş naziri Robert Fikonun və ABŞ-ın keçmiş Prezidenti, prezidentliyə namizəd Donald Trampın həyatına sui-qəsd cəhdindən sonra Serbiya Prezidenti Aleksandr Vuçiç təhlükə altında ola bilər. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Serbiyanın Baş nazirinin müavini Aleksandr Vulin deyib.

“Cənab Fikoya, daha sonra Trampa qarşı cəhd olanda mən Prezident Vuçiçə növbəti dəfə hədəfdə sənsən dedim", - Baş nazir vurğulayıb.

Vulinin sözlərinə görə, “Ukraynadakı vəziyyətin sülh yolu ilə həllinin tərəfdarı olan hər kəsə qarşı nəsə baş verir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş