Fidan və Yi Türkiyə ilə Çin münasibətlərini müzakirə ediblər

Dünya

21.02.2025 - 08:06

Həkimlər Klinikalar SEO Xidməti

XİN başçıları beynəlxalq sabitliyə təhdidlər barədə fikir mübadiləsi aparıblar

Türkiyənin xarici işlər naziri Hakan Fidan Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb. AYNA Türkiyə mediasına istinadən bildirir ki, Fidan çinli həmkarı ilə Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən G20 xarici işlər nazirlərinin toplantısı çərçivəsində görüşüblər.

Görüş zamanı ikitərəfli siyasi və iqtisadi əlaqələr müzakirə edilib, əməkdaşlıq imkanları qiymətləndirilib.

Görüş zamanı nazirlər Rusiya-Ukrayna müharibəsi, Suriya və Qəzza zolağı ilə bağlı vəziyyəti nəzərdən keçiriblər.

XİN başçıları digər qlobal təhlükəsizlik məsələlərini müzakirə edib, beynəlxalq sabitliyə təhdidlər barədə fikir mübadiləsi aparıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş


Noldu, Tramp?

Dünən, 15:42 Siyasət