Türkiyənin xarici işlər naziri ABŞ-dan olan həmkarı Marko Rubio ilə telefon danışığı aparıb
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-dan olan həmkarı Marko Rubio ilə telefon danışığı zamanı Suriyadakı son hadisələri və ABŞ-ın Qəzza zolağındakı vəziyyəti həll etmək üçün Sülh Şurası yaratmaq təşəbbüsünü müzakirə edib. AYNA.AZ TasS-a istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbə məlumat yayıb.
Mənbə qeyd edib ki, "tərəflər Suriyadakı son hadisələri və ABŞ-ın Sülh Şurası yaratmaq təşəbbüsünü müzakirə ediblər".
Fidan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tezliklə Qəzza zolağındakı problemi həll etmək üçün Sülh Şurasında iştirak etmək qərarına gələ biləcəyi ehtimalını istisna etməyib.