Fidan və Əraqçi Türkiyəyə raket atılması məsələsini müzakirə ediblər

Dünya

04.03.2026 - 19:59

Nazir Türkiyə ərazisində vurulan raket hadisəsinə Ankaranın reaksiyasını çatdırıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb. AYNA.AZ xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Əraqçi ilə söhbətində Fidan Türkiyə ərazisində vurulan raket hadisəsinə Ankaranın reaksiyasını çatdırıb.

Qeyd edək ki, bu gün Türkiyənin Milli Müdafiə Nazirliyi NATO-nun hava hücumundan müdafiə sistemlərinin Türkiyə səmasında İranın ballistik raketini ələ keçirdiyini və məhv etdiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş