Fici sahillərində 5,3 maqnitudada zəlzələ baş verib

Dünya

13.01.2025 - 07:28

Həkimlər Klinikalar SEO Xidməti

Zəlzələ ocağı təxminən 600 km dərinlikdə yerləşib

Fici arxipelaqının qərb hissəsində 5,3 maqnitudada zəlzələ qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə Avstraliyanın Dövlət Geoloji Xidməti məlumat yayıb.

Təbii hadisənin episentri 2 000-dən çox insanın yaşadığı Lakeba adasından 30 km cənub-şərqdə, zəlzələ ocağı təxminən 600 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş