A PHP Error was encountered

Severity: Notice

Message: Trying to access array offset on value of type bool

Filename: drivers/Cache_file.php

Line Number: 277

Backtrace:

File: /home/aynaaz/public_html/application/helpers/post_helper.php
Line: 186
Function: get

File: /home/aynaaz/public_html/application/core/Core_Controller.php
Line: 173
Function: get_cached_data

File: /home/aynaaz/public_html/application/controllers/Home_controller.php
Line: 7
Function: __construct

File: /home/aynaaz/public_html/index.php
Line: 329
Function: require_once

FHN təlim keçirib - Ayna.az

FHN təlim keçirib

Xəbərlər

15.08.2025 - 16:34

Yol qəzalarında xilasetmə işləri ilə bağlı təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi “Yol-nəqliyyat hadisəsi zamanı qəza-xilasetmə işlərinin həyata keçirilməsi” mövzusunda praktiki gecə təlimi keçirib.

FHN-dən AYNA.AZ-a bildirilib ki, təlimin keçirilməsində məqsəd yol-nəqliyyat hadisələri zamanı xilasetmə işlərinin təşkili və aparılması qaydası, o cümlədən deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər tərəfindən şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğramış avtomobildən “zərərçəkmişlər” xilas edilərək ilkin yardım göstərilib.

Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Qeyd edilib ki, praktiki gecə təliminə FHN-in Bakı Regional Mərkəzinin qüvvələri ilə yanaşı, DİN Baş Dövlət Yol Polisi İdarəsi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyininn əməkdaşları və müvafiq texnikası da cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş