Dövlət başçısı FHN əməkdaşları ilə bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
AYNA-nın məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib:
general-mayor ali hərbi rütbəsi
polkovnik Elçin Şirxan oğlu Adıgözəlova
polkovnik Etibar Rəsul oğlu İsmayılova
daxili xidmət general-mayoru ali xüsusi rütbəsi
daxili xidmət polkovniki Hikmət Mərdan oğlu Abbasova.