“Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı və Avropa Komissiyası arasındakı əlaqələr daha da genişlənəcək”
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının yeni seçilmiş Prezidenti Şarl Mişelə və Avropa Komissiyasının yeni seçilmiş Prezidenti xanım Ursula Fon der Lyayenə təbrik məktubları ünvanlayıb.
AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı hər iki şəxsi vəzifələrinə seçilmələri münasibətilə təbrik edirəm. Ümidvar olduğunu bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı və Avropa Komissiyası arasındakı əlaqələr daha da genişlənəcək, əməkdaşlığımız hərtərəfli inkişaf edəcək və dərinləşəcək.