FHN Bakıda yaşayış kompleksində yoxlama aparıb

Xəbərlər

08.02.2021 - 13:34

Həkimlər Klinikalar SEO Xidməti

Kompleksdə yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti paytaxtın Nəsimi rayonundakı V.Plotnikov və M.Qaşqay küçələrinin kəsişməsində inşa edilmiş yaşayış kompleksində plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcudluğu, aşkarlanmış nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənləşdirilib.

 

Nazirliyin Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, vətəndaşın şikayəti əsasında Xidmət tərəfindən 2020-ci il dekabrın 2-də həmin yaşayış kompleksində Ədliyyə Nazirliyinin rəsmi reyestrindən əldə edilmiş “Çıxarış” əsasında yanğın-texniki müayinə aparılıb və yaşayış kompleksinin zirzəmi mərtəbəsində yerləşən avtodayanacaq sahəsində xidmətlərin göstərilməsinin dayandırılması haqqında Qərar qəbul edilib. Lakin həmin bu obyektin rəhbərliyi qəbul edilən Qərara məhəl qoymadan avtodayanacaq sahəsində xidmətlərin göstərilməsini davam etdirib və bununla bağlı inzibati qaydada tədbir görülüb. Ötən müddətdə əlavə olaraq yaşayış binasının birinci və ikinci mərtəbələrində normativ sənədlərlə reqlamentləşdirilən yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə kobud surətdə əməl olunmadan ticarət fəaliyyətinə yol verib. Belə ki, lak, boya və digər asan alışan maddələrin saxlanılması və satışına yol verilib. Həmçinin layihədən kənar işlər aparılaraq ticarət sahələrinin biri-birindən ayrılması məqsədilə yanar materiallardan arakəsmələr quraşdırılıb, yanğın yükünün süni şəkildə artırılması ilə yanaşı, hadisə zamanı insanların təhlükəsiz və qısa müddətdə təxliyəsinə məhdudiyyət yaradılıb. Eləcə də avtomatik tüstü xaricetmə, yanğınxəbərverici siqnalizasiya və yanğınsöndürmə qurğuları quraşdırılmayıb. Quraşdırılmış daxili yanğın kranlarının bir çoxu lülə və şlanqlarla dəstləşdirilməyib, nömrələnməsi və möhürlənməsi təmin edilməyib. Həmçinin baş verə biləcək yanğınların söndürülməsi üçün yanğın su hovuzu və ya hidrantlar nəzərdə tutulmayıb. normativ sənədlərin tələblərinə uyğun olaraq zəruri sayda odsöndürənlərlə təmin edilməyib. elektrik təsərrüfatı “elektrik qurğularının quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb. Eyni zamanda, həyətyanı sahənin təyin olunmayan yerlərində nəqliyyat vasitələrinin park edilməsi səbəbindən yanğın texnikalarının binaya yaxınlaşması məhdudlaşdırılıb.

 

Sadalanan yanğına qarşı çatışmazlıqlarla bağlı obyektin məsul şəxsləri barəsində inzibati xəta haqqında protokollar tərtib edilib və yanğının baş vermə riskinin və nəticələrinin minimuma endirilməsi məqsədilə müvafiq qanunvericiliyin tələblərini rəhbər tutaraq FHN-in müraciəti əsasında qeyri-yaşayış sahəsinin elektrik enerjisi təchizatı bu il fevralın 4-dən dayandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş