"Zəfər nəğmələri" – Azərbaycanlı şairin kitabı Türkiyədə çap olunub

Mədəniyyət

15.05.2023 - 19:51

Şahnaz Şahinin əsəri Vətən müharibəsindən bəhs edir

Tanınmış şair, esseist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident və Beynəlxalq Rəsul Rza mükafatçısı, Şahnaz Şahinin Vətən müharibəsindən bəhs edən "Zəfər nəğmələri" kitabı Türkiyədə, "FERFİR" nəşriyyatı tərəfindən nəfis tərtibatla çapdan çıxıb.

AYNA xəbər verir ki, kitabın  redaktoru şair, tərcüməçi, esseist, AYB-nin Beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, baş direktoru isə Şərəf Yılmazdır.

Kitabı qardaş ölkə türkcəsinə Ömər Küçükmehmetoğlu çevirib.

Poema və vətənpərvər şeirlərdən ibarət kitab qardaş ölkənin geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Müəllif: Ayna.az