“Fənərbağça” fanatları “Qalatasaray”ın bazasını yandırıblar

İdman

30.05.2024 - 14:11

Bir neçə şəxs polis tərəfindən saxlanılıb

“Fənərbağça” klubunun bir qrup fanatı “Qalatasaray”ın İstanbulun Kalamış məhəlləsindəki bazasını yandırıblar. AYNA xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, baş verən hadisədən sonra bir neçə şəxs polis tərəfindən saxlanılıb. İstanbul polisi məsələ ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, yanğın tez bir zamanda söndürüldüyü üçün bazaya ciddi zərər dəyməyib.

Müəllif: Ayna.az