Messi 6-cı dəfə “Qızıl top”u qazandı

İdman

03.12.2019 - 02:41

Lionel Messi 6-cı dəfə bu mükafata yiyələnib


Argentina və "Barselona" komandasının futbolçusu Lionel Messi növbəti dəfə dünyanın ən yaxşı futbolçusu seçilib. AYNA xəbər verir ki, ulduz futbolçu bu uğura imza atmaqla, 6-cı dəfə dünyanın ən ali futbol mükafatının sahibi olub.

 

Beləliklə, Messi 6-cı dəfə "Qızıl top" mükafatını qazanmaqla, mükafata 5 dəfə sahib olmuş əsas rəqibi Kriştiano Ronaldonu geridə qoyub.

 

Qeyd edək ki, "Fransa Futbol Nəşri"nin 1956-cı ildən bəri təqdim etdiyi mükafatı 2018-ci ildə "Real Madrid" komandasının futbolçusu Luka Modriç qazanaraq, Messi və Ronaldonun 10 illik "Qızıl top" hegamonluğuna son qoymuşdu.

Müəllif: Mərahim Nəsib