"Biz ərizə təqdim etmişik, lakin bildiyiniz kimi, Fələstinin müəyyən şərtləri var”
Fələstin BRİKS-ə üzv olmaq üçün müraciət edib, lakin hələ də cavab almayıb. AYNA.AZ “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Fələstinin Rusiyadakı səfiri Abdelhafiz Nofəl deyib.
"Biz ərizə təqdim etmişik, lakin bildiyiniz kimi, Fələstinin müəyyən şərtləri var. Biz hələ də cavab almamışıq", - diplomat qeyd edib.
Səfirin sözlərinə görə, şərtlər tamhüquqlu üzv olmağa imkan verənə qədər Fələstin birlikdə qonaq qismində iştirak edəcək.